Скачать презентацию
Идет загрузка презентации. Пожалуйста, подождите
Презентация была опубликована 6 лет назад пользователемyegana sadiqli
3 Hazırda dünyanın bir çox kitabxanaları öz fondlarının mövcud təhlükələrdən mühafizəsi problemlərinin həlli üzərində çalışmaqdadır. ABŞ-da kitabxana fondlarının 20% dağılmaq təhlükəsi qarşısındadır. Amerikanın Konqress kitabxanasının 25%-i bu təhlükəni yaşayır. Rusiyada bu rəqəm 20-25%-i təşkil edir. İndi bütün ölkələrin mədəniyyət siyasətində qeyd etdiyimiz problem başlıca yer tutur. Kitabxana fondları təkcə mədəni irsimizin bir parçası kimi deyil, həm də cəmiyyətin mühüm informasiya mənbəyidir. Bunu nəzərə alan cı ildə keçirilmiş YUNESKO-nun baş konfransında kitabxana fondlarının qorunması barədə milli proqramlar hazırlanmışdır. Bu cür proqramlar ABŞ, İsveç, Fransa, Kanada, Yaponiyada çox uğurla həyata keçirilir. Kitabxana fondlarının qorunmasını təmin edən layihələr Birləşmiş Mərkəzi proqramlar çərçivəsində, beynəlxalq strategiya əsasında aparılır. Hazırda dünyanın bir çox kitabxanaları öz fondlarının mövcud təhlükələrdən mühafizəsi problemlərinin həlli üzərində çalışmaqdadır. ABŞ-da kitabxana fondlarının 20% dağılmaq təhlükəsi qarşısındadır. Amerikanın Konqress kitabxanasının 25%-i bu təhlükəni yaşayır. Rusiyada bu rəqəm 20-25%-i təşkil edir. İndi bütün ölkələrin mədəniyyət siyasətində qeyd etdiyimiz problem başlıca yer tutur. Kitabxana fondları təkcə mədəni irsimizin bir parçası kimi deyil, həm də cəmiyyətin mühüm informasiya mənbəyidir. Bunu nəzərə alan cı ildə keçirilmiş YUNESKO-nun baş konfransında kitabxana fondlarının qorunması barədə milli proqramlar hazırlanmışdır. Bu cür proqramlar ABŞ, İsveç, Fransa, Kanada, Yaponiyada çox uğurla həyata keçirilir. Kitabxana fondlarının qorunmasını təmin edən layihələr Birləşmiş Mərkəzi proqramlar çərçivəsində, beynəlxalq strategiya əsasında aparılır.
4 Bu strategiyanın əsasını aşağıdakı prinsiplər təşkil edir: - fondların mühafizəsi milli və dünyəvi mədəniyyətin, elmin dirçəlməsi üçün əsas şərtdir; - fondların mühafizəsi milli və dünyəvi mədəniyyətin, elmin dirçəlməsi üçün əsas şərtdir; - hər bir dövlət öz kitabxana fondlarının qorunmasında özü məsuliyyət daşıyır; - hər bir dövlət öz kitabxana fondlarının qorunmasında özü məsuliyyət daşıyır; - fondların qorunması ancaq dövlət və beynəlxalq səviyyədə kooperasiya nəticəsində mümkündür. - fondların qorunması ancaq dövlət və beynəlxalq səviyyədə kooperasiya nəticəsində mümkündür. Kitabxana Assosiasiya Müəssisələrinin Beynəlxalq Federasiyası – İFLA dünya kitabxanalarının bu maraqlarını nəzərə alaraq, kitabxana fondlarının mühafizəsi sahəsində hazırladığı materialları bütün kitabxanalara çatdırır. Bu materiallar kitabxana işçilərinə öz fondlarının mühafizəsi və qorunması sahəsində normal rejim şəraiti yaratmaq, bu sahədə olan problemlərin həlli yollarını axtarmağa və tapmağa kömək edir. Kitabxana Assosiasiya Müəssisələrinin Beynəlxalq Federasiyası – İFLA dünya kitabxanalarının bu maraqlarını nəzərə alaraq, kitabxana fondlarının mühafizəsi sahəsində hazırladığı materialları bütün kitabxanalara çatdırır. Bu materiallar kitabxana işçilərinə öz fondlarının mühafizəsi və qorunması sahəsində normal rejim şəraiti yaratmaq, bu sahədə olan problemlərin həlli yollarını axtarmağa və tapmağa kömək edir.
6 QAYDALARI Dövlət kitabxana fondlarında saxlanılan çap əsərlərinin və digər materialların uçotu, mühafizəsi və istifadəsi QAYDALARI Dövlət kitabxana fondlarında saxlanılan çap əsərlərinin və digər materialların uçotu, mühafizəsi və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLӘR KABİNETİNİN QƏRARI AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLӘR KABİNETİNİN QƏRARI "Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli, 115 nömrəli Fərmanının 1-ci bəndinin 3-cü abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli, 115 nömrəli Fərmanının 1-ci bəndinin 3-cü abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Dövlət kitabxana fondlarında saxlanılan çap əsərlərinin və digər materialların uçotu, mühafizəsi və istifadəsi Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 6 mart 2000-ci il Bakı şəhəri, 6 mart 2000-ci il Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli, 29 nömrəli qərarı ilə 2000-ci il 6 mart tarixli, 29 nömrəli qərarı ilə TӘSDİQ EDİLMİŞDİR TӘSDİQ EDİLMİŞDİR
7 XI. KİTABXANA FONDLARININ MÜHAFİZƏSİ XI. KİTABXANA FONDLARININ MÜHAFİZƏSİ Kitabxana fondlarının mühafizəsi üçün aşağıdakılara riayət edilməlidir: a) fond orqanlarında hava rejiminə düzgün əməl edilməsinə; b) oxucuya verilən və qaytarılan ədəbiyyatın kitabxanaya daxil olmasının vaxtında uçotu və nəzarət; c) elektrik, istilik, hava, su və digər qurğulara, yanğın təhlükəsinə nəzarət; ç) ədəbiyyatın müxtəlif zərərvericilərdən mühafizəsinə Universal elmi kitabxanalarda fondun etibarlı mühafizəsini təşkil etmək məqsədi ilə əlyazmaları, nadir kitablar və xüsusi qiymətli nəşrlər üçün «nadir kitablar fondu», ehtiyat ədəbiyyat üçün mübadilə fondu, az istifadə olunan ədəbiyyat üçün isə depozitar fond yaradılır Kitabxanalarda olan nadir və qiymətli nəşrlər xüsusi rejimdə mühafizə olunur və qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil edilə bilər. Həmin ədəbiyyatın mühafizəsi lazımi qaydada təmin edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən digər kitabxanaya verilə bilər.
10 ŞUŞA RAYONU Rayonun ərazisi 29.0 km2 Əhalisinin sayı min nəfər ( ) İşğaldan əvvəl Şuşa rayonunda 248 tarix və mədəniyət abidələri, 5 muzey, rəsm qalareyası, 32 kitabxana mövcud olmuşdur. Şuşa şəhərində ilk qiraətxana dövrünün görkəmli şairi Mir Mövsüm Nəvvabın təşəbbüsü ilə açılmışdır. O, Şuşada ilk təhsil ocağının qiraətxana-kitabxananın açılmasının təşəbbüskarı olmuşdur. Mir Möhsün Nəvvab bir çox ölkələrdə çap olunan qəzet və jurnalları Şuşaya gətirmiş və kütləvi olaraq oxucuların istifadəsinə təqdim etmişdir. Şuşa rayonunda fəaliyyət göstərən bir Mərkəzi kitabxana və 31 kitabxananın birləşdirilməsi nəticəsində 1977-ci ildə Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) təşkil edilmişdir. Rayon MKS-nin tərkibində 32 kitabxana binası mövcud olmuşdur ci ilin məlumatına görə MKS- də işçilərin sayı 103 nəfər, kitabxana fondunun ümumi həcmi 200 min nüxsə, oxucuların ümumi sayı 10 min nəfər təşkil etmişdir. Şuşa rayon MKS-i respublika əhəmiyyətli Xarı Bülbül musiqi festifalının keçirilməsində daim fəal iştirak etmişdir ci il 8 may tarixində Şuşa rayonu erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş, rayon ərazisində etnik təmizləmə əməliyyatı aparılmışdır. İşğal nəticəsində rayon ərazisindəki 32 kitabxana və bu kitabxanalarda saxlanılan qədim və unukal kitablar yandırılmış və məhv edilmişdir. Kitabxanaların dağıdılması nəticəsində dövlətə 1 milyon 106 min manat həcmində ziyan dəymişdir.
11 L AÇIN RAYONU Rayonun ərazisi:1835 km2 Əhalisi: 68,9 min nəfər ( ) Rayon 18 may 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində Laçın rayonunda 119 kitabxana, Tarix-Diyarşünaslıq Muzeyi, 85 klub, 5 musiqi məktəbi dağıdılmış və talan edilmişdir. İşğaldan əvvəl rayon ərazisində marağa məbəd (V əsr), türbələr (XIV, XIX əsrlər), qala (XVII əsr), məscid (1716-cı il), körpü (XVIII əsr) və s. qeydə alınmışdır. Laçın rayonunda fəaliyyət göstərən 119 kitabxana əsasında 1976-cı ildə Laçın rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradılmışdır ci ilin məlumatına əsasən Laçın rayon MKS-nin kitab fondu 843 min nüsxə, oxucuların sayı 20 min nəfər, işçilərin sayı 199 nəfər olmuşdur. Rayon MKS-nin 115 kənd kitabxana filialı müasir binalarla təmin olunmuşdu. Laçın rayon Mərkəzi Kitabxanasının fondunda qədim, unikal və nadir kitablar saxlanılırdı. Kitabxanada 14 otaq, 2 oxu zalı oxucuların istifadəsinə verilmişdi. Rayon MKS-i rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsində yaxından iştirak etmişdir. 18 may 1992-ci ildə Laçın erməni silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra rayon ərazisindəki bütün kitabxanalar dağıdılmış, onların kitab fondu və kitabxanalara məxsus 123 bina məhv edilmişdir. Azərbaycan Respublikasına 2 milyon 580 min manat həcmində maddi ziyan dəymişdir. Hal- hazırda Laçın rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan Respublikasının Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisində müvəqqəti fəaliyyət göstərir. Laçın rayonu Dağlıq Qarabağ ətrafında yerləşdiyi və bu regiona heç bir aidiyyatı olmadığı halda Ermənistan Respublikası bütün beynəlxalq konvensiyaları pozaraq rayonu işğal altında saxlamaqda davam edir.
12 KƏLBƏCƏR RAYONU Rayonun ərazisi: 3054 km2 Əhalisi: 73.6 min nəfər ( ) 1993-cü ilin aprel ayının 2-də Kəlbəcər rayonu erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində 119 kitabxana, 17 klub, incəsənət məktəbi, rayon Tarix-Diyarşünaslıq muzeyi dağıdılmış və talan edilmişdir. İşğaldan əvvəl Kəlbəcər rayonunda XIII-XVIII əsrə aid alban məbədləri qeydə alınmışdır. Kəlbəcər rayonunda oxuculara xidmət edən 119 kitabxana əsasında 1976-cı ildə Kəlbəcər rayon Mərkəzləşmiş Kitabxana Sistemi (MKS) yaradılmışdır ci ilin məlumatına əsasən Kəlbəcər rayon MKS-nin kitab fondu 600 min nüsxə, oxucuların sayı 35 min nəfər, işçilərin sayı 175 nəfər olmuşdur. Kəlbəcər rayon Mərkəzi Kitabxanası 1992-ci ildə Yeni şəhər adlanan ərazidə ikimərtəbəli xüsusi kitabxana tipli binada yerləşdirilmişdir. Eyni zamanda şəhər kitabxana filialları da yeni binalarla, habelə inventar və avadanlıqla təmin edilmişdir cü ilin aprel ayının 2-də Kəlbəcər rayonunun erməni silahlı birləşmələri tərəfindən işğal nəticəsində rayonun 119 kitabxana binası, habelə onlara məxsus kitab fondları dağıdılmış və talan edilmişdir. Hazırda Kəlbəcər rayon Mərkəzi Kitabxanası və onun kitabxana filialları Azərbaycan Respublikasının Gəncə şəhərində kəlbəcərlilərin sıx məskunlaşdığı Gülüstan qəsəbəsində müvəqqəti fəaliyyət göstərir. İşğal nəticəsində rayonda bütün infrastruktur, mədəniyyət abidələri, o cümlədən kitabxana binaları tamamilə məhv edilmiş, kitabxanalara təqribi hesablamalara görə 2 milyon 470 min manat həcmində maddi ziyan dəymişdir cü il aprel ayının 6-da BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı birləşmələrinin Dağlı Qarabağ ətrafında yerləşən Kəlbəcər rayonunun və Azərbaycanın digər ərazilərinin işğalını pisləyən qətnamə qəbul etdi. Lakin erməni qoşunları artıq 20 ildən artıqdır ki, işğalı davam etdirir.
13 AĞDAM RAYONU Rayonun ərazisi:1150 km2 Əhalisinin sayı : 167,3 min nəfər ( ) Ağdam rayonu 1993-cü il 23 iyul tarixində erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində Ağdam rayonunda 107 kitabxana, Tarix-Diyarşünaslıq Muzeyi, Çörək Muzeyi, tanınmış xanəndə Qurban Primovun Ev Muzeyi, 24 klub, Dram Teatr, Şəkil Qalereyası dağıdılmış və məhv edilmişdir. İşğaldan əvvəl Ağdam rayonunda Qutlu Musa oğlu türbəsi (1317) Kəngərli kəndindəki türbə (XIV əsr), Papravənd kəndində 2 türbə (XVIII əsr) qeydə alınmışdır. Dağlıq Qarabağın ətrafında yerləşən Ağdam iqtisadi cəhətdən inkişaf etmiş bir rayon idi. Rayonda çoxlu sayda mədəniyyət obyektləri inşa edilmişdi. Ağdam rayonunda 107 kitabxananın əsasında 1979-cu ildə Ağdam rayon Mərkəzi Kitabxana Sistemi (MKS) yaradılmışdır ci ilin məlumatına əsasən Ağdam rayon MKS-nin kitab fondu 970 min 996 nüsxə, oxucularının sayı 72 min 130 nəfər, işçilərin sayı 170 nəfər olmuşdur. Ağdam rayon Mərkəzi Kitabxanası respublika əhəmiyyətli Xarı Bülbül festifalının keçirilməsində yaxından iştirak etmişdir. İşğaldan əvvəl rayonun 106 kənd kitabxana filialında 676 min nüsxə kitab, jurnal və qəzet saxlanılmışdır. Ağdam rayon Mərkəzi Kitabxanası 1992-ci ildə inşa edilmiş yeni binaya köçürülmüş, kitabxana, inventar, avadanlıqla təmin edilmişdir. Ağdam rayonunun 1993-cü il 23 iyul tarixində erməni silahlı birləşmələri tərəfindən işğal olunması nəticəsinədə rayon ərazisindəki 107 kitabxana tamamilə dağıdılmış və rayon kitabxanalarına təqribi hesablamalara görə 2 milyon 850 min manat məbləğində maddi ziyan dəymişdir. Hazırda Ağdam rayon Mərkəzi Kitabxanası rayonun Quzanlı qəsəbəsində müvəqqəti fəaliyyət göstərir. Ağdam rayonunun erməni işğalı altında olmayan 10 kəndində (rayonun 20 faizi) 60 min sakin məskunlaşmışdır.
14 CƏBRAYIL RAYONU Rayonun ərazisi: 1049,8 km2 Əhalisi :66,4 min nəfər ( ) Cəbrayıl rayonu 1993-cü il 23 avqust tarixində erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində 31 kitabxana, 3 musiqi məktəbi, 19 klub müəssisəsi dağıdılmış və talan edilmişdir. İşğaldan əvvəl rayonda çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri, qədim yaşayış məskənləri, kurqanlar, məscid, hamam, türbələr, tarixi Xudafərin körpüsü mövcud olmuşdur. Cəbrayıl rayonunda Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 1983-cü ildə təşkil edilmişdir. 78 kütləvi kitabxana əsasında rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır ci ilin məlumatına görə rayon MKS-nin 105 nəfər əməkdaşı olmuşdur. Cəbrayıl rayon MKS-nin kitab fondu 552 min 400 nüsxə, oxucuların sayı 27 min 800 nəfər təşkil etmişdir. Cəbrayıl rayon MKS-i hər il rayonda keçirilən Qurbani saz bayramı və ənənəvi Novruz bayramının keçirilməsində yaxından iştirak etmişdir. Cəbrayıl rayonu 1993-cü il 23 avqust tarixində erməni silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra rayon ərazisindəki 78 kitabxana binası dağıdılmış və orada saxlanılan nadir və unikal nəşrlər məhv edilmişdir. İşğal nəticəsində rayon kitabxanalarına indiki qiymətlə təqribən 1 milyon 700 min manat həcmində maddi ziyan dəymişdir. Hal-hazırda Cəbrayıl rayon Mərkəzi Kitabxanası Biləsuvar rayonunda inşa edilmiş qəsəbədə cəbrayıllıların kompakt yaşadığı ərazidə müvəqqəti fəaliyyət göstərir
15 FÜZULİ RAYONU Rayonun ərazisi: 1390 km2 Əhalisi :147,1 min nəfər ( ) Füzulil rayonu 1993-cü il 23 avqust tarixində erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində 15 tarixi abidə, 90 kitabxana, 20 mədəniyyət evi, 45 klub, Dövlət Dram Teatrı, 2 muzey və s. obyektlər dağıdılmış və talan edilmişdir. İşğaldan əvvəl rayonda qədim yaşayış məskənləri, kurqanlar (XVII-XVIII əsrlər), məscidlər (XVII-XIX əsrlər), Karvansara (1684-cü il) mövcud olmuşdur. Füzulil rayonunda Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 1978-ci ildə təşkil edilmişdir. 1 rayon Mərkəzi və 89 kütləvi kitabxana əsasında Füzulil rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır ci ilin məlumatına görə rayon MKS-nin 171 nəfər əməkdaşı olmuşdur. Füzulil rayon MKS-nin kitab fondu 659 min nüsxə, oxucuların sayı 45 min 620 nəfər təşkil etmişdir. Füzulil rayonu 1993-cü il 23 avqust tarixində erməni silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra rayon ərazisindəki bütün kitabxanalar dağıdılmış və orada saxlanılan nadir və unikal nəşrlər məhv edilmişdir. İşğal nəticəsində rayon kitabxanalarına indiki qiymətlə təqribən 1 milyon 889 min manat həcmində maddi ziyan dəymişdir. Hal-hazırda Füzulil rayon Mərkəzi Kitabxanası Füzulil rayonunun Azərbaycan Silahlı qüvvələrinin nəzarətində olan I Zobucuq kəndində fəaliyyət göstərir. Füzulil rayon MKS-i 2009-cu ildə kitabxananın yeni veb-saytını oxucuların istifadəsinə təqdim etmişdir.
16 QUBADLI RAYONU Rayonun ərazisi: 800 km2 Əhalisi :35,7 min nəfər ( ) Qubadlı rayonu 1993-cü il 31 avqust tarixində erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində Qubadlıda 85 kitabxana, 10 mədəniyyət evi, 28 klub, 6 avtoklub, 25 kino qurğusu dağıdılmış və talan edilmişdir. İşğaldan əvvəl rayon ərazisində memarlıq abidələri, mağara-ibadətgah (IV əsr), qalalar (V əsr), türbələr ( XIV-XVII əsrlər), məscid (XIX əsr), körpü (1867-ci il) və s. qeydə alınmışdır. Qubadlı rayonunda Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 1977-ci ildə təşkil edilmişdir. 1 rayon Mərkəzi və 84 kütləvi kitabxana filialı əsasında Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır ci ilin məlumatına görə rayon MKS-nin 132 nəfər əməkdaşı olmuşdur. Qubadlı rayon MKS-nin kitab fondu 600 min nüsxə, oxucuların sayı 21 min nəfər təşkil etmişdir. Qubadlı rayon MKS-i hər il respublika və rayon əhəmiyyətli Məhsul bayramının keçirilməsində iştirak etmişdir. Qubadlı rayonunda kitabxana və kitabxana filialllar xüsusi binalarla təmin olunmuşdur. Qubadlı rayonunun 1993-cü il 31 avqust tarixində erməni silahlı birləşmələri tərəfindən işğal olunması nəticəsində 85 kitabxana və kitabxana filialı dağıdılmış və talan edilmişdir. İşğal nəticəsində rayon kitabxanalarına indiki qiymətlə təqribən 1 milyon 880 min manat həcmində maddi ziyan dəymişdir. Hal-hazırda Qubadlı rayon Mərkəzi Kitabxanası Sumqayıt şəhəri, 41-ci məhəllə, 28 may Mədəniyyət evində fəaliyyət göstərir. Qubadlı rayon MKS-i 2009-cu ildə kitabxananın yeni veb-saytını oxucuların istifadəsinə təqdim
17 ZƏNGİLAN RAYONU Zəngilan rayonu Rayonun ərazisi: 707 km2 Əhalisi 40 min 500nəfər ( ) Zəngilan rayonu 1993-cü il 29 oktyabr tarixində erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. İşğaldan əvvəl rayon ərazisində tarix memarlıq abidələri, türbə ( ci illər), sərdabələr (XII-XIV əsrlər), dairəvi bürc (XIV əsr) qeydə alınmışdır. Rayonda Tarix - Diyarşünaslıq Muzeyi, Xalqlar Dostluğu Muzeyi, 3 yeddiillik musiqi məktəbi, 70 kitabxana dağıdılmış və talan edilmişdir. Zəngilan rayonunda Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 1976-cı ildə təşkil edilmişdir. 1 rayon Mərkəzi 3 şəhər, 1 qəsəbə, 65 kənd kütləvi kitabxana əsasında Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır ci ilin məlumatına görə rayon MKS-də 158 nəfər əməkdaş çalışmışdır. Zəngilan rayon MKS-nin kitab fondu 490 min nüsxə, oxucuların sayı 20 min nəfər təşkil etmişdir. Zəngilan rayon MKS-i hər il respublika və rayon əhəmiyyətli Məhsul bayramı və Novruz bayramı tədbirlərinin təşkilatçısı olmuşdur. Zəngilan rayonunun 1993-cü il 29 oktyabr tarixində erməni silahlı birləşmələri tərəfindən işğal olunması nəticəsində rayonun mərkəzindəki 1 mərkəzi, 1 uşaq, 1 gənclər, 1 şəhər, 1 qəsəbə habelə rayonun kəndlərdə fəaliyyət göstərən 70 kitabxana filialı dağıdılmış, məhv edilmiş və burda saxlanılan nadir kitablar talan edilmişdir. İşğal nəticəsində rayon kitabxanalarına indiki qiymətlə təqribən 1 milyon 660 min manat həcmində maddi ziyan dəymişdir. Hal-hazırda Zəngilan rayon Mərkəzi Kitabxanası Bakı şəhərində Nərimanov rayonu H.Məmmədov küçəsi 11 ünvanında fəaliyyət göstərir.
18 AĞDƏRƏ RAYONU Rayonu ərazisi: 1705 km2 Əhalisi 44,4 min nəfər ( ) 1930-cu ildə Ağdərə rayonunda 1 şəhər tipli qəsəbə və 57 kənd mövcud olmuşdur. Qeyd: 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra 1992-ci ildə Ağdərə rayonu üç qonşu rayon Kəlbəcər, Tərtər, Ağdam arasında bölüşdürülmüşdür. 400 minə yaxın fonda malik olan Ağdərə rayon MKS-i 1978-ci ildə 61 kənd, 4 rayon kütləvi kitabxanası əsasında təşkil olunmuşdur. Ağdərə rayonunun ərazisi 7 iyul 1993-cü il tarixində erməni separatçıları tərəfindən işğal olunması nəticəsində rayonun 65 kitabxana binası dağıdılmış və talan edilmişdir. İşğal nəticəsində rayon kitabxanalarına indiki qiymətlə təqribən 1 milyon 300 min manat həcmində maddi ziyan dəymişdir.
19 XOCALI RAYONU Rayonun ərazisi 936 km2 Əhalisi 25 min nəfər ( ) Xocalı rayonunun ərazisi ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Rayonda 1 şəhər, 2 qəsəbə, 46 kənd olmuşdur. Mərkəzi Xocalı şəhəridir. İşğaldan əvvəl Xocalı rayon ərazisində XVIII əsrə aid Əsgəran qalası, qədim memarlıq abidələri, bizim eranın XIII-XIV əsrlərinə aid edilən səkkiz guşəli günbəz, türbələr və əsasən son tunc və erkən dəmir dövrünə (b.e.əvvəl XIV-XIII əsrdən VII-VI əsrə) aid edilən Xocalı abidələri kompleksi 5 adda 11 nəhəng torpaq kurqan, daş kurqanlar, torpaq-daş kurqanlar, siklop tikililər (Qalaçalar), nekropollar, menhirlər (5-10 ton ağırlığında nəhəng sivri daşlar), daş sənduqə qəbirlər, daş kitabələr, daş qutular və Alban kilsələri qeydə alınmışdır. İşqaldan əvvəl rayon ərazisində 69 kitabxana, 8 mədəniyyət evi, 60 klub, 3 musiqi məktəbi, tarix- diyarşünaslıq muzeyi fəaliyyət göstərmişdir. Ötən əsrin 70-ci illərində respublikada kitabxanaların vahid bir mərkəzdən idarə olunması məqsədi ilə Əsgəran rayonunda 400 mindən çox kitab fonduna malik olan 69 kütləvi kitabxana əsasında Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. İşğala qədər Xocalı şəhərində 9 kütləvi kitabxana fəaliyət göstərmişdir. İşğal nəticəsində rayonun ərazisində etnik təmizləmə əməliyyatı aparılmış, azərbaycanlılara məxsus maddi-mədəniyyət abidələri, o cümlədən kitabxana fondları məhv edilmişdir. Rayon ərazisində 69 kitabxana binasının dağılması və orada saxlanılan nadir və unikal nəşrlərin məhv edilməsi nəticəsində Azərbaycan Respublikasına təqribən 1 milyon 500 min manat həcmində maddi ziyan dəymişdir.
20 XOCAVƏND RAYONU Rayonun ərazisi 1458 km2 Əhalisi 40,8 min nəfər ( ) 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Xocavənd rayonu Martuni (indiki Xocavənd) və Hadrud rayonlarının bazasında yaradılmışdır. Xocavənd rayonu 2 oktyabr 1992-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğaldan əvvəl rayon ərazisində 72 mədəniyyət abidəsi, dünya əhəmiyyətli Azıx mağarası, qalalar (I-VIII əsrlər), Alban məbədi (X əsr), türbə (XIII əsr) qeydə alınmışdır. Xocavənd rayonunda 1 rayon Mərkəzi və 8 kitabxana filialı fəaliyyət göstərmişdir ci ilin məlumatına görə rayon MKS-də 81 nəfər əməkdaş çalışmışdır. Xocavənd rayon MKS-nin kitab fondu 463 min nüsxə, oxucuların sayı 17 min nəfər təşkil etmişdir. Xocavənd rayonunda kitabxana və kitabxana filialları xüsusi binalarla təmin olunmuşdur. Xocavənd rayonunun 2 oktyabr 1992-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində rayon kitabxanalarına indiki qiymətlə təqribən 1 milyon 700 min manat həcmində maddi ziyan dəymişdir. Hal-hazırda Xocavənd rayon Mərkəzi Kitabxanası Beyləqan rayonunda fəaliyyət göstərir.
21 QAZAX RAYONUNUN 7 KƏNDİ Qazax rayonunun 7 kəndi Bağanis Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Qızılhacılı, Xeyrimli, Sofulu erməni işğalı altındadır. Rayonun Bağanis Ayrım kəndi 1990-cı ilin martın 23-də ermənilər tərəfindən işğal olunub. İşğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş divan tutulmuş, bir neçə ailə xüsusi amansızlıqla qətlə yetirilmiş və yandırılmışdır. Bu Azərbaycan tarixinə Bağanis Ayrım faciəsi kimi qara hərflərlə yazılmışdır. Qazax rayonunun digər Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Qızılhacılı, Xeyrimli, Sofulu kəndləri 1992-ci il aprel ayında erməni işğalçıları tərəfindən zəbt olunmuşdur. İşğal nəticəsində 8 kitabxana filialı və onlara məxsus 178 min 285 min nüsxə kitab yandırılmış və məhv edilmişdir. Qazax rayonunun kitabxana-informasiya şəbəkəsinə təqribi hesablamalara görə 180 min manat məbləğində maddi ziyan dəymişdir.
23 Azərbaycana aid 903 dövlət qeydiyyatında olan, 1500 Dövlət qeydiyyatında olmayan tarix və mədəniyyət abidələri, minlərcə əsərin qorunduğu 26 müzey, 8 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı ermənilər tərəfindən işgal edilmişdir.
24 Kitabxanada sənədlərin fiziki vəziyyətinə aşağıdakı faktorlar qrupu təsir edir Kitabxanada sənədlərin fiziki vəziyyətinə aşağıdakı faktorlar qrupu təsir edir
33 Kitabları dezinfeksiya etmək üçün kamra: а ümumi görünüş; б daxili quruluş.
42 S ə n ə dl ə rin tozlarının silinm ə si
43 Toz t ə mizl ə yici qur ğ ular
51 Kitab skanerləri
57 Kompakt disklər Temperatur10-20 Rütubət 20-65% Rüb ərzində rəflərin qismən bir dəfə təmizlənməsi Kompakt disklərin ildə bir dəfə vəziyyətinin testləşdirilməsini yoxlamaq
59 Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 19. Dövlət kitabxana fonduna vurulmuş ziyana görə məsuliyyət. Dövlət kitabxana fonduna vurulmuş ziyana görə hüquqi və fiziki şəxslər yeni qiymətləndirmə əmsalları nəzərə alınmaqla vurulmuş ziyanın 10 misli həcmində maddi məsuliyyət daşıyırlar.
60 Hansı rəf düz, hansı rəf səhv düzülmüşdür?
65 1. Mərkəzləşdirilmiş kitabxana sistemində işin təşkili.- Bakı, s. 2. Dövlət kitabxana fondlarında saxlanılan çap əsərlərinin və digər materialların uçotu, mühafizəsi və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı.-2000,6 mart, 29.
66 3. Dövlət kitabxana fondlarında saxlanılan çap əsərlərinin və digər materialların uçotu, mühafizəsi və istifadəsi Qaydaları. 4. Организация работы централизованной библиотечный системы:Инструкции и учет. формы.-Москва:Книга, с. 5. Справочник библиотекаря.-СПб.,Профессия, с. 6. Как сохранить библиотечный фонд. (Секреты старого книгохранителя): Науч.-практ. пособие. – 2-е изд., испр. и доп. – М.: НПО «Профиздат», – 253 с 7. Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ; tərt. S. Ə. Abbasov ; elmi məsl. L. A. Məmmədova [et al.] ; red.: Y. Qarayeva, X. İ. İsmayılova. - Bakı : n. y., s.
67 catalog.turgenev.ru/opac/index.php?url=/notices/index/Id Notice:151490/Source zashhita-bibliotechnogo-fonda-stolyarov-yurij hwww.cultworld.ru/culds html
68 Diqqətinizə görə təşəkkürlər
Еще похожие презентации в нашем архиве:
© 2024 MyShared Inc.
All rights reserved.