Скачать презентацию
Идет загрузка презентации. Пожалуйста, подождите
Презентация была опубликована 7 лет назад пользователемGadir Ahmadov
1 Noyabr 2016 Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi QSC RADİOAKTİV ÇİRKLƏNMƏNİN ÖLÇÜLMƏSİ Qadir Əhmədov Cihazqayırma və innovasiya şöbəsinin böyük elmi işçisi
2 1.Birbaşa ölçmə üsulu 2. Dolayı ölçmə üsulu Radioaktiv çirklənmənin ölçülməsi əsasən 2 üsulla həyata keçirilir
3 BİRBAŞA ÖLÇMƏ ÜSULU Birbaşa ölçmə üsulu istifadə edilən detektorun və radioaktiv çirklənmənin növündən asılıdır. Bu ölçmə üsulu əsasən qamma və neytron aktiv radioaktiv çirklənmələrdə istifadə edilir. Neytronların və qamma şüaların nüfuz etmə qabiliyyəti və havada qaçış yolu böyük olduğundan eldə daşınan qeydedicilər vasitəsi ilə bu tipli çirklənmələri asanlıqla ölçmək mümkündür.
4 DOLAYI ÖLÇMƏ ÜSULU Dolayı ölçmə üsulu əsasən alfa və beta aktiv radionuklidlərlə çirklənmələr üçün aparılır. Alfa və beta zərrəciklərin nüfuz etmə qabiliyyəti və havada qaçış yolu kiçik olduğundan bu tipli çirklənmələri yerində əldə daşınan çihazlarla ölçmək çox çətindir. Ona görə də dolayı ölçmə üsulundan istifadə olunur. Bu üsulda çirklənmiş hissədən müəyyən vasitə (filter kağızı, pambıq tampon və s.) ilə nümunə götürülüb uyğun cihazda analiz olunur.
5 RADİOAKTİV ÇİRKLƏNMƏNİ ÖLÇMƏK ÜÇÜN DETEKOTRUN SEÇİLMƏSİ Müxtəlif radioaktiv şüalanmaları ölçmək üçün müxtəlif qeydedicilərdən istifadə olunduğundan radioaktiv çirklənməni ölçmək üçün cihazın seçilməsi əsas şərtlərdən biridir. Neytron sayğacıAlfa-qamma detektorQamma detektor Birbaşa ölçmə zamanı əldə daşınan detektorlardan istifadə olunur. Bu cihazlar qamma və neytron aktiv çirklənmələri ölçmək üçün daha məqsədə uyğun hesab olunur.
6 DOLAYI ÜSULLA RADİOAKTİV ÇİRKLƏNMƏNİ ÖLÇMƏK ÜÇÜN İSTİFADƏ OLUNAN CİHAZLAR Beta sayğac Qamma spektrometr Alfa spektrometr Dolayı üsulla ölçmə zamanı radioaktiv çirklənmələri ölçmək üçün əsasən spektrometrlərdən istifadə olunur. Laboratoriya şəraitində qurulmuş alfa və qamma spektrometrlər və beta sayğaclar bu məqsəd üçün daha məqsədəuyğun hesab olunur.
7 DETEKTORLARIN KALİBRLƏNMƏSİ VƏ SAZLANMASI İstər dolayı üsulla, istərsə də birbaşa üsulla aprılan ölçmələrdə istifadə olunan detektorların vəziyyəti vacib hesab olunur. Ölçmədən əvvəl qidalandırıcı batareya ilə işləyən detektorın batareyasının yoxlanılması və onların məlum nöqtəvi mənbələrlə kalibrlənməsi vacib şərtdir. Detektorları kalibrləmək üçün əsasən aşağıdakı mənbələrdən istifadə olunur: Qamma aktiv mənbələr: Mn-54, Co-57, Zn-65, Y-88, Cd-109, Sn-113, Ce-139, Na-22, Fe-55, Cs-134, Co-60, Cs-137, Ba-133, Eu-152, Bi-207 Alfa aktiv mənbələr: Am-241, U-235, U-238, Pu-239, Cm244, Cf-252 Beta aktiv mənbələr: Sr-90, Cs-137, Eu-152, Tl-204 Neytron mənbələri : PuBe, Cf-252, AmBe, Cm-244
8 RADİOAKTİV ÇİRKLƏNMƏ NƏZARƏT ÜÇÜN İSTİFADƏ OLUNAN DETEKTORLAR Radioaktiv çirklənməyə nəzarət məqsədi ilə radioaktiv maddənin saxlandığı otağın və ya laboratoriyanın girişinə detektorlar quraşdırılır. Otaqdan və laboratoriyadan çıxan hər bir əməkdaş radioaktiv çirklənməsini bu cihazlarda yoxlaya bilər.
9 RADİOAKTİV ÇİRKLƏNMƏ NƏZARƏT ÜÇÜN İSTİFADƏ OLUNAN CİHAZLAR Radioaktiv çirklənməyə nəzarət məqsədi ilə radioaktiv maddənin saxlandığı otağın və ya laboratoriyanın girişinə daim radioaktivliyin səviyyəsini ölçən detektorlar quraşdırılır. Otağın və laboratoriyanın çıxışında hər hansı çirklənmə olduqda bu detektorlar vasitəsi ilə aşkar edilə bilər.
10 Diqqətinizə görə təşəkkürlər! SUALLAR??????
11 Noyabr 2016 Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi QSC Qadir Əhmədov Cihazqayırma və innovasiya şöbəsinin böyük elmi işçisi RADİOAKTİV ŞÜALANMALARIN ÖLÇÜLMƏSİ SİSTEMLƏRİ
12 Radioaktiv şüalanmaları ölçmək üçün müxtəlif detektorlardan istifadə olunsa da iş prinsipinə görə bu detektor oxşardır. Qeydetmə sistemlərinin əsas hissələri sxemdə verilmişdir.
13 Detektor- radiasiya qeydedicilərinin əsas hissəsidir. Lazim olan məlumat detektor hissəsində toplanır. Detektor hissəsi müxtəlif maddələrdən ibarət ola bilər: 1)Bərk 2)Qaz 3)Maye Bu maddələr radiasiya şüalarının enerjisini siqnala çevirir. Qaz detektorları, İonlaşma kameraları, mütənasib sayğaclar, Qeyqer-Müller sayğacları, ssintilyasiya detektorları və yarımkeçirici detektorlar əsas istifadə olunan detektorlardır. DETEKTOR
14 İlkin gücləndiricilər detektordan alınan siqnalın itkisinin qarşısını almaq və siqnalı formalaşdırmaq üçün istifadə edilir. Bu tipli gücləndiricilərin giriş müqaviməti və tutumu detektorun oxşar parametrlərinə yaxın seçilir. Əsasən də tutumu böyük olan yarımkeçirici detektorlar üçün ilkin gücləndiricinin istifadə olunması vacibdir. Bəzi ionlaşma kameraları da ilkin gücləndirici olmadan işləmir. İLKİN GÜCLƏNDİRİCİ
15 İlkin gücləndiricidən və ya birbaşa detektordan alınan zəif siqnalların lazımı səviyyəyə gətirilməsi üçün gücləndiricilər vacib hesab olunur. Siqnalın işlənməsi üçün detektordan alınan siqnalın amplitudu böyük olmalıdır. Bunu təmin etmək üçün gücləndiricilər əvəzolunmazdır. Ümumiyətlə gücləndiricilər siqnalın parametrlərini dəyişmək üçün istifadə olunur. GÜCLƏNDİRİCİ
16 MƏLUMATLARIN ANALİZİ Gücləndiricidən alınan siqnalın analiz etmək üçün analizatorlardan istifadə olunur. Analizatorlar siqnalları amplitudlarına və ya enlərinə görə analiz edə bilir. Məlumat analizi üçün tək və çox kanallı analizatorlardan və sayğaclardan istifadə olunur. Siqnalları saymaq üçün rəqəmsal sayğaclardan geniş istifadə edilir. Sayğac Çox kanallı analizatorun göstəricisi
17 Displey, detektordan alınan siqnalların göz ilə daha sadə formada müşahidə olunmasını təmin edir. Hal hazırda müasir rəqəmsal displeylərdən istifadə olunmasına baxmayaraq analoq tipli displeylerdən də istifadə edilir. DİSPLEY
18 RADİOAKTİV ŞÜALANMALARIN QEYD EDİLMƏSİ VƏ ÖLÇÜLMƏSİ Radioaktiv şüalanmaların qeyd edilməsi və ölçülməsi üçün qeydedicilər: İonlaşma kameraları (neytron) Mütənasib sayğaclar (neytron) Qeyqer-Müller sayğacları (qamma şüa) Ssintilyasiya detektorları (alfa, qamma, beta, neytron) Yarımkeçirici detektorlar (alfa, beta)
19 Radioaktiv sızıntıya və çirklənməyə nəzarət monitorları (reaktorlar, radioaktiv mənbə istifadə edən müəssisələr və s.) Yüklər üçün monitorlar (aeroport, liman və s.) Portal monitorlar (Sərhəd məntəqələri, liman, müxtəlif müəssisələr və s.) PET tomoqrafiya (tibbdə) Skanedici Rengen qurğuları (aeroport) Radioaktiv şüalanmaların qeyd edilməsi üçün müxtəlif qeydetmə sistemlərindən istifadə edilir. Hal hazırda belə qeydetmə sistemləri müxtəlif yerlərdə görmək mümkündür. RADİOAKTİV ŞÜALANMALARIN QEYD EDİLMƏSİ VƏ ÖLÇÜLMƏSİ
20 Diqqətinizə görə təşəkkürlər! SUALLAR??????
21 Noyabr 2016 Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi QSC Qadir Əhmədov Cihazqayırma və innovasiya şöbəsinin böyük elmi işçisi İONLAŞDIRICI ŞÜALANMALARIN AŞKAR EDİLMƏSİ VƏ ÖLÇÜLMƏSİ
22 İonlaşdırıcı şüaların aşağıdakı növləri var: Qamma şüalar Alfa zərrəciklər Beta zərrəciklər Neytron zərrəcikləri
23 İONLAŞDIRICI ŞÜALANMALARIN AŞKAR EDİLMƏSİ İonlaşdırıcı şüalar gözlə görünmədiyindən və hiss edilmədiyindən onları aşkar etmək üçün müxtəlif maddələrdən ibarət olan müxtəlif radiasiya detektorlarından istifadə olunur. Çevrici kimi istifadə edilən bu maddələr radiasiya şüalarının enerjisini elektrik siqnalına çevirir. Əsas istifadə olunan detektorlar aşağıdakılardır: İonlaşma kamerası (neytron) Mütənasib sayğac (neytron) Qeyqer-Müller sayğacı (qamma) Ssintilyasiya detektorları (alfa, qamma, beta, neytron) Yarımkeçirici detektorlar (alfa, beta)
24 İONLAŞDIRICI ŞÜALANMALARIN ÖLÇÜLMƏSİ İonlaşdırıcı şüaları ölçülməsi-onların enerjilərinin, növünün, aktivliyinin təyin olunması nəzərdə tutulur. Bunun üçün esasən spektrometrlərdən istifadə olunur. Spektrometrlərin əsasını yarımkeçirici detektorlar (Si, Ge) və ssintilyasiya detektorları (NaI(Tl), LaBr, maye ssintilyasiya və s.) təşkil edir. Yarımkeçirici detektorların enerjiyə görə ayırdetməsi yüksək olması, detektorun imkanları daxilində eyni zamanda müxtəlif radioizotoplar haqqında məlumat almağa imkan verir.
25 Qamma şüaları, beta və neytron zərrəciklərini qeyd etmək üçün məqsədəuyğundur. Əsasən doza gücünü ölçməyə imkan verir. Elmi-tədqiqat təcrübələrində nüvə prosesslərinin öyrənilməsində də geniş istifadə olunur. 25 İONLAŞMA KAMERASI
26 Qamma şüaları və neytron zərrəciklərini qeyd etmək üçün istifadə edilir. İonlaşdırıcı şüanın enejisi haqqında informasiya almaq mümkündür. 26 MÜTƏNASİB SAYĞAC
27 Bu tipli sayğaclar sayma rejimində işləyir və doza gücünü ölçməyə imkan verir. 27 QEYQER-MÜLLER SAYĞACI
28 SSİNTİLYASİYA DETEKTORLARI VƏ SAYĞACLARI İonlaşdırıcı şüaları qeyd etmək üçün effektiv qeydedicilər kimi ssintilyasiya detektorlarından geniş istifadə olunur. Həm üzvi həm də qeyri üzvi müxtəlif ssintilyatorlar geniş yayılmışdır. Əsas ssintilyasiya materialları: Plastik NaI(Tl) Stilbene Zns LiI LFS LYSO LaBr 28
29 YARIMKEÇİRİCİ DETEKTORLAR Yarımkeçirici detektorlardan əsasən Si və Ge əsaslı qeydedicilər geniş istifadə olunur. Enerji ayırdetməsinə görə Ge əsaslı spektrometrlər gamma analiz üçün əvəzedilməzdir. Alfa zərrəcikləri qeydetmək üçün Si əsaslı detektorlar geniş yayılmışdır. Müxtəlif ionlaşdırıcı şüaları qeyd etmək üçün Si əsaslı ssintilyasiya detektorlarından da istifadə olunur. Qamma spektrometr Alfa spektrometr Pet tomoqrafiyada istifadə olunan Si əsaslı ssintilyasiya detektoru
30 Diqqətinizə görə təşəkkürlər! SUALLAR??????
31 Noyabr 2016 Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi QSC Qadir Əhmədov Cihazqayırma və innovasiya şöbəsinin böyük elmi işçisi RADİOAKTİV ÖLÇMƏ METODLARI
32 1.Radiometrik 2.Dosimetrik 3.Spektrometrik
33 RADİOMETRİK ÖLÇMƏ METODLARI Radionuklidlərin aktivliyini və ya ionlaşdırıcı şüaların sel sıxlığını ölçmək üçün bu metoddan istifadə edilir. Rentgenometr – qamma şüalanmasının gücünü ölçmək üçün istifadə edilir. Radon radiometr- havada, suda və s. radonun həcmi aktivliyini təyin etmək üçün istifadə edilir
34 DOSİMETRİK ÖLÇMƏ METODLARI Müəyyən zaman müddətində dozanı və ya doza gücünü ölçmək üçün dosimetrik ölçmə metodlarından istifadə edilir.
35 SPEKTROMETRİK ÖLÇMƏ METODLARI Spektrmetrik ölçmə metodları ionlaşdırıcı şüalar haqqında daha çox informasiya almağa imkan verir. Bu metodun köməyi ilə ionlaşdıcı şüaların enerjiləri, aktivlikləri təyin oluna bilər. Ona görə də bu metodun köməyi ilə radioizotopları təyin etmək olur. İonlaşdırıcı şüaların maddə ilə qarşılıqlı təsiri müxtəlif olduğundan müxtəlif spektrometrlərdən istifadə edilir. Beta spektrometr Qamma spektrometr Alfa spektrometr
36 Neytron spektroskopiya Neytron spektroskopiya metodu qamma spektroskopiya metoduna əsaslanır. Bu metodda neytronlar analiz olunan nümunəni şüalandıraraq aktivləşdirilməsi üçün istifadə edilir. Bu zaman aktivləşdirilən nümunə xarakterik qamma şüalar buraxır. Qamma şüaları qeyd etmək üçün qamma spektrokopiyadan istifadə edilir. Neytronla aktivləşdirmə metodu nümunə analizi üçün əsas metodlardan biri hesab olunur. MESSENGER- Merkuri planetini analiz etmək üçün gönderilmiş peyk. Peykdə şəkildə göstərilən neutron-qamma spektrometri yerləşdirilmişdir ( ).
37 Diqqətinizə görə təşəkkürlər! SUALLAR??????
Еще похожие презентации в нашем архиве:
© 2024 MyShared Inc.
All rights reserved.