NEFT-QAZ ƏMƏLİYYATLARI ÜZRƏ HƏYATA KEÇİRİLƏN LAYİHƏLƏR ÜÇÜN ƏTRAF MÜHİTƏ TƏSİRLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
ƏTRAF MÜHİTƏ TƏSİRLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ (ƏMTQ) PROSESİ Ətraf mühitə təsirin qiymətləndirilməsi – nəzərdə tutulan fəaliyyətin (layihənin) ətraf mühitə və insan sağlamlığına birbaşa və dolayısı yolla potensial təsirlərinin aşkar edilməsi, təsir azaltma tədbirlərinin işlənilməsi və layihənin həyata keçirilib keçirilməməsi barədə qərarların qəbul edilməsi məqsədilə aparılır. Layihənin ətraf mühitə təsirləri qiymətləndirilir və aparılmış tədqiqatların nəticələri əsasında layihə üçün ƏMTQ sənədi hazırlanır. 2
ƏMTQ sənədi hansı layihələr üçün hazırlanmalıdır? "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının 12 iyun 2018-ci il tarixli, 1175-VQ nömrəli qanununa əsasən neft-qaz sənayesində aşağıdakı fəaliyyət növlərinə aid olan layihələr üçün ƏMTQ sənədləri hazırlanmalıdır: 3 Karbohidrogen ehtiyatlarının axtarışı, kəşfiyyatı, işlənməsi, hasilatı və nəqlinə dair layihələr Neft və qaz emalı zavodlarının layihələndirilməsi Neft, qaz və kimya məhsullarının nəqli üçün uzunluğu 20 km və daha çox, diametri 500 mm və daha çox olan boru kəmərlərinin layihələndirilməsi Neft, neft-kimya və kimya məhsulları üçün əsas anbar obyektlərinin layihələndirilməsi
NEFT-QAZ LAYİHƏLƏRİNDƏ ƏMTQ PROSESİNİN BLOK-SXEMİ LAYİHƏNİN SİFARİŞÇİSİ TƏRƏFİNDƏN ƏMTQ SƏNƏDİNİN HAZIRLANMASI SİFARİŞ OLUNUR İXTİSASLAŞMIŞ TƏŞKİLAT (VƏ YA MÜTƏXƏSSİSLƏR) TƏRƏFİNDƏN LAYİHƏ ÜÇÜN ƏMTQ SƏNƏDİ HAZIRLANIR ƏMTQ SƏNƏDİNƏ DÖVLƏT EKSPERTİZASININ MÜSBƏT RƏYİ ƏSASINDA LAYİHƏNİN İCRASINA BAŞLANILIR ƏMTQ SƏNƏDİ DÖVLƏT EKSPERTİZASINA TƏQDİM OLUNUR ƏMTQ
Neft və qaz quyularının tikintisi üçün layihə-smeta sənədlərinin tərkibi, hazırlanması, razılaşdırılması və təsdiq edilməsi qaydaları üzrə təlimatın 6-cı bölməsində layihə-smeta sənədlərinin aidiyyəti dövlət qurumları ilə razılaşdırılması göstərilmişdir. «Azneft» İstehsalat Birliyinin Layihələrin idarə edilməsi prosedurunun 4- cü bəndinə əsasən layihələr aidiyyəti dövlət qurumları ilə, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekspertiza Agentliyi ilə razılaşdırılmalıdır. Layihə ETSN Dövlət Ekspertiza Agentliyinə razılaşdırılması üçün təqdim olunduqdan sonra layihəyə Agentlik tərəfindən baxılır və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən layihə üçün ƏMTQ sənədinin hazırlanmasının zəruri olub-olmaması müəyyən edilir. Ekspertiza Agentliyi tərəfindən ƏMTQ sənədinin hazırlanması zəruri hesab olunarsa «Azneft» İB tərəfindən ƏMTQ sənədinin hazırlanması üçün aidiyyəti ixtisaslaşmış təşkilata müraciət edilir. ƏMTQ sənədi hazırlandıqdan sonra ETSN Dövlət Ekspertiza Agentliyi ilə razılaşdırılır. ƏMTQ sənədi və ekspertiza rəyində göstərilən şərtlər əsasında layihənin icrasına başlanılır. Layihələrin razılaşdırılması
6
7
ƏMTQ PROSESİNİN ƏSAS MƏRHƏLƏLƏRİ Layihə ərazisinin ilkin vəziyyətinin qiymətləndirilməsiLayihənin ətraf mühitə potensial təsirlərinin müəyyənləşdirilməsiLayihə alternativlərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsiKumulyativ təsirlərin öyrənilməsiMonitorinq və idarəetmə planlarının hazırlanmasıYumşaltma tədbirlərinin hazırlanması (təsirazaltma)Monitorinq və idarəetmə planlarının hazırlanmasıİctimai məsləhətləşmələrin keçirilməsiRəy və təkliflər nəzərə alınmaqlar ƏMTQ sənədinin yekun versiyasının hazırlanması
Ətraf mühitə təsirlərin qiymətləndirilməsi prosesində əsas məqsəd ətraf mühit komponentlərinə və əhalinin sağlamlığına mənfi təsirlərin öncədən təyin olunması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsidir.
Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində Qanunvericiliyi (Qanunlar, Sərəncamlar, Fərmanlar, Qərarlar); Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qoşulduğu Beynəlxalq Konvensiyalar; "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının 12 iyun 2018-ci il tarixli, 1175-VQ nömrəli qanunu; SOCAR-ın Ekoloji Siyasət sənədi; ƏTRAF MÜHİTƏ TƏSİRLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİNDƏ HÜQUQİ BAZA
SOCAR-ın Ekoloji Siyasət sənədi; «0» tullantı prinsipi; SOCAR-ın TİOP sənədi; TULLANTILARIN İDARƏ EDİLMƏSİ SAHƏSİNDƏ STRATEGİYASI
Ətraf mühitin mühafizəsi prinsipləri Tullantıların idarə olunması Atmosferə atılan çirkləndiricilərin (zərərli maddələrin) minumuma endirilməsi Çirkab suların təmizlənməsi Torpaq qatının mühafizəsi Səs-küy səviyyəsinin normallaşdırılması
LAYİHƏ SƏNƏDLƏRİNDƏ EKOLOJİ TƏLƏBLƏRİN NƏZƏRƏ ALINMASI LAYİHƏNİN İCRASI PROSESİNDƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ TƏLƏBLƏRİNİN YERİNƏ YETİRİLMƏSİNƏ XİDMƏT EDİR
LAYİHƏNİN HAZIRLANMASI VƏ İCRASI MƏRHƏLƏSİNDƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ Layihənin hazırlanması (NQETL İnsitutu) Layihənin Ətraf mühitə təsirlərin qiymətləndirilməsi sənədinin hazırlanması ƏMTQ sənədinin Dövlət Ekoloji Ekspertiza Agentliyi ilə razılaşdırılması Layihənin icrası Layihənin ekoloji monitorinqi və nəzarət (İşçi Komissiyalarda iştirak və çatışmazlıqların komissiyaya təqdim edilməsi) Layihə obyektinin istismara qəbulu
ƏMTQ PROSESİNDƏ TƏSİRLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
BİR HADİSƏNİN QARŞISINI ALMAQ ONUN NƏTİCƏLƏRİNİ ARADAN QALDIRMAQDAN DAHA ASANDIR Ümumilli Lider HEYDƏR ƏLİYEV
DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRİK