Noyabr 2016 Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi QSC RADİOAKTİV ÇİRKLƏNMƏNİN ÖLÇÜLMƏSİ.

Презентация:



Advertisements
Похожие презентации
Az1141, Bakı ş. B. Vahabzadə küç. 9A Tел: Факс: science..az www. ict.az Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya.
Advertisements

Mövzu 7. İnvestisiya fəaliyyətinin maliyyə mənbələri. 1. Maliyyələşdirilmənin mahiyyəti və mənbələrin təsnifatı 2. Maliyyələşdirilmənin daxili mənbələri.
Avtomatik idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində yerinə yetirilmiş layihələr və işləmələr haqda.
MS WINDOWS-un əsasları Say sistemləri Abdulla Qəhrəmanov İlahə Cəfərova Bakı
Akademik bliklərin və informasiyanın mübadiləsi.
AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ «İDEYA VAR!» GƏNCLƏRİN I ÜMUMRESPUBLİKA ELMİ-YARADICILIQ MÜSABİQƏSİ.
Azərbaycan Texniki Universiteti İnfopmasiya texnologiyaları və proqramlaşdırma kafedrası İxtisas: İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi.
MÖVZU : Heyvanlar Standartlar: 2.2.1: 2.2.2: 4.1.6: 4.1.7: :
Fənn: BEYNALXALQ TURIZM Tələbə: Hacızadə Ayaz Kurs: I Qrup: 1134.
Şivan şəhər 1 saylı tam-orta məktəbin Mülki Müdafiə qərargahı.
Biznesin maliyyə təminatı: Müəssisələrin ehtiyac duyduqları maliyyə qaynaqları bank, faktorinq şirkəti və s. yerli və ya xarici maliyyə təşkilatları vasitəsi.
Açıq d ə rs. Hörm ə tli mü ə lliml ə r! Sizi İ nformatika f ə nnind ə n tarixind ə saat 10:00-da C ə f ə rova Könül t ə r ə find ə n keçiril.
Əliyeva Xanim. Dövr anlayışının ü mumiləşdirilməsi.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ FİZİKA FAKÜLTƏSİ « Ümumi fizika və Fizikanın tədrisi metodikası » kafedrası IV kurs FzM-60.
ALİ TƏHSİL PİLLƏSİNDƏ FƏNLƏRİN TƏDRİSİNDƏ İKT
Декабрь 2011 года. Маршрут экспедиции Анализ антарктических проб проводится по 47 элементам Ca, K, Na, Zn, Mg, Fe, P, Se, Sn, Al, Sc, Ti, Te, Cs, Cu,
PREPARATION OF DETECTOR FOR GAMMA-GAMMA LOGGING FACILITY ASW November 2015 Gadir Ahmadov Institute of Radiation Problems of ANAS, Baku, Azerbaijan.
Power Point proqramında animasiyaların yaradılması.
Sinir sistemi (lat. Systema nervosum). Heyvanlar t ə kamül etdikc ə onlarda qıcı ğ a qarşı yaranan reaksiyalar mür ə kk ə bl ə şmiş v ə n ə tic ə d ə.
Транксрипт:

Noyabr 2016 Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi QSC RADİOAKTİV ÇİRKLƏNMƏNİN ÖLÇÜLMƏSİ Qadir Əhmədov Cihazqayırma və innovasiya şöbəsinin böyük elmi işçisi

1.Birbaşa ölçmə üsulu 2. Dolayı ölçmə üsulu Radioaktiv çirklənmənin ölçülməsi əsasən 2 üsulla həyata keçirilir

BİRBAŞA ÖLÇMƏ ÜSULU Birbaşa ölçmə üsulu istifadə edilən detektorun və radioaktiv çirklənmənin növündən asılıdır. Bu ölçmə üsulu əsasən qamma və neytron aktiv radioaktiv çirklənmələrdə istifadə edilir. Neytronların və qamma şüaların nüfuz etmə qabiliyyəti və havada qaçış yolu böyük olduğundan eldə daşınan qeydedicilər vasitəsi ilə bu tipli çirklənmələri asanlıqla ölçmək mümkündür.

DOLAYI ÖLÇMƏ ÜSULU Dolayı ölçmə üsulu əsasən alfa və beta aktiv radionuklidlərlə çirklənmələr üçün aparılır. Alfa və beta zərrəciklərin nüfuz etmə qabiliyyəti və havada qaçış yolu kiçik olduğundan bu tipli çirklənmələri yerində əldə daşınan çihazlarla ölçmək çox çətindir. Ona görə də dolayı ölçmə üsulundan istifadə olunur. Bu üsulda çirklənmiş hissədən müəyyən vasitə (filter kağızı, pambıq tampon və s.) ilə nümunə götürülüb uyğun cihazda analiz olunur.

RADİOAKTİV ÇİRKLƏNMƏNİ ÖLÇMƏK ÜÇÜN DETEKOTRUN SEÇİLMƏSİ Müxtəlif radioaktiv şüalanmaları ölçmək üçün müxtəlif qeydedicilərdən istifadə olunduğundan radioaktiv çirklənməni ölçmək üçün cihazın seçilməsi əsas şərtlərdən biridir. Neytron sayğacıAlfa-qamma detektorQamma detektor Birbaşa ölçmə zamanı əldə daşınan detektorlardan istifadə olunur. Bu cihazlar qamma və neytron aktiv çirklənmələri ölçmək üçün daha məqsədə uyğun hesab olunur.

DOLAYI ÜSULLA RADİOAKTİV ÇİRKLƏNMƏNİ ÖLÇMƏK ÜÇÜN İSTİFADƏ OLUNAN CİHAZLAR Beta sayğac Qamma spektrometr Alfa spektrometr Dolayı üsulla ölçmə zamanı radioaktiv çirklənmələri ölçmək üçün əsasən spektrometrlərdən istifadə olunur. Laboratoriya şəraitində qurulmuş alfa və qamma spektrometrlər və beta sayğaclar bu məqsəd üçün daha məqsədəuyğun hesab olunur.

DETEKTORLARIN KALİBRLƏNMƏSİ VƏ SAZLANMASI İstər dolayı üsulla, istərsə də birbaşa üsulla aprılan ölçmələrdə istifadə olunan detektorların vəziyyəti vacib hesab olunur. Ölçmədən əvvəl qidalandırıcı batareya ilə işləyən detektorın batareyasının yoxlanılması və onların məlum nöqtəvi mənbələrlə kalibrlənməsi vacib şərtdir. Detektorları kalibrləmək üçün əsasən aşağıdakı mənbələrdən istifadə olunur: Qamma aktiv mənbələr: Mn-54, Co-57, Zn-65, Y-88, Cd-109, Sn-113, Ce-139, Na-22, Fe-55, Cs-134, Co-60, Cs-137, Ba-133, Eu-152, Bi-207 Alfa aktiv mənbələr: Am-241, U-235, U-238, Pu-239, Cm244, Cf-252 Beta aktiv mənbələr: Sr-90, Cs-137, Eu-152, Tl-204 Neytron mənbələri : PuBe, Cf-252, AmBe, Cm-244

RADİOAKTİV ÇİRKLƏNMƏ NƏZARƏT ÜÇÜN İSTİFADƏ OLUNAN DETEKTORLAR Radioaktiv çirklənməyə nəzarət məqsədi ilə radioaktiv maddənin saxlandığı otağın və ya laboratoriyanın girişinə detektorlar quraşdırılır. Otaqdan və laboratoriyadan çıxan hər bir əməkdaş radioaktiv çirklənməsini bu cihazlarda yoxlaya bilər.

RADİOAKTİV ÇİRKLƏNMƏ NƏZARƏT ÜÇÜN İSTİFADƏ OLUNAN CİHAZLAR Radioaktiv çirklənməyə nəzarət məqsədi ilə radioaktiv maddənin saxlandığı otağın və ya laboratoriyanın girişinə daim radioaktivliyin səviyyəsini ölçən detektorlar quraşdırılır. Otağın və laboratoriyanın çıxışında hər hansı çirklənmə olduqda bu detektorlar vasitəsi ilə aşkar edilə bilər.

Diqqətinizə görə təşəkkürlər! SUALLAR??????

Noyabr 2016 Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi QSC Qadir Əhmədov Cihazqayırma və innovasiya şöbəsinin böyük elmi işçisi RADİOAKTİV ŞÜALANMALARIN ÖLÇÜLMƏSİ SİSTEMLƏRİ

Radioaktiv şüalanmaları ölçmək üçün müxtəlif detektorlardan istifadə olunsa da iş prinsipinə görə bu detektor oxşardır. Qeydetmə sistemlərinin əsas hissələri sxemdə verilmişdir.

Detektor- radiasiya qeydedicilərinin əsas hissəsidir. Lazim olan məlumat detektor hissəsində toplanır. Detektor hissəsi müxtəlif maddələrdən ibarət ola bilər: 1)Bərk 2)Qaz 3)Maye Bu maddələr radiasiya şüalarının enerjisini siqnala çevirir. Qaz detektorları, İonlaşma kameraları, mütənasib sayğaclar, Qeyqer-Müller sayğacları, ssintilyasiya detektorları və yarımkeçirici detektorlar əsas istifadə olunan detektorlardır. DETEKTOR

İlkin gücləndiricilər detektordan alınan siqnalın itkisinin qarşısını almaq və siqnalı formalaşdırmaq üçün istifadə edilir. Bu tipli gücləndiricilərin giriş müqaviməti və tutumu detektorun oxşar parametrlərinə yaxın seçilir. Əsasən də tutumu böyük olan yarımkeçirici detektorlar üçün ilkin gücləndiricinin istifadə olunması vacibdir. Bəzi ionlaşma kameraları da ilkin gücləndirici olmadan işləmir. İLKİN GÜCLƏNDİRİCİ

İlkin gücləndiricidən və ya birbaşa detektordan alınan zəif siqnalların lazımı səviyyəyə gətirilməsi üçün gücləndiricilər vacib hesab olunur. Siqnalın işlənməsi üçün detektordan alınan siqnalın amplitudu böyük olmalıdır. Bunu təmin etmək üçün gücləndiricilər əvəzolunmazdır. Ümumiyətlə gücləndiricilər siqnalın parametrlərini dəyişmək üçün istifadə olunur. GÜCLƏNDİRİCİ

MƏLUMATLARIN ANALİZİ Gücləndiricidən alınan siqnalın analiz etmək üçün analizatorlardan istifadə olunur. Analizatorlar siqnalları amplitudlarına və ya enlərinə görə analiz edə bilir. Məlumat analizi üçün tək və çox kanallı analizatorlardan və sayğaclardan istifadə olunur. Siqnalları saymaq üçün rəqəmsal sayğaclardan geniş istifadə edilir. Sayğac Çox kanallı analizatorun göstəricisi

Displey, detektordan alınan siqnalların göz ilə daha sadə formada müşahidə olunmasını təmin edir. Hal hazırda müasir rəqəmsal displeylərdən istifadə olunmasına baxmayaraq analoq tipli displeylerdən də istifadə edilir. DİSPLEY

RADİOAKTİV ŞÜALANMALARIN QEYD EDİLMƏSİ VƏ ÖLÇÜLMƏSİ Radioaktiv şüalanmaların qeyd edilməsi və ölçülməsi üçün qeydedicilər: İonlaşma kameraları (neytron) Mütənasib sayğaclar (neytron) Qeyqer-Müller sayğacları (qamma şüa) Ssintilyasiya detektorları (alfa, qamma, beta, neytron) Yarımkeçirici detektorlar (alfa, beta)

Radioaktiv sızıntıya və çirklənməyə nəzarət monitorları (reaktorlar, radioaktiv mənbə istifadə edən müəssisələr və s.) Yüklər üçün monitorlar (aeroport, liman və s.) Portal monitorlar (Sərhəd məntəqələri, liman, müxtəlif müəssisələr və s.) PET tomoqrafiya (tibbdə) Skanedici Rengen qurğuları (aeroport) Radioaktiv şüalanmaların qeyd edilməsi üçün müxtəlif qeydetmə sistemlərindən istifadə edilir. Hal hazırda belə qeydetmə sistemləri müxtəlif yerlərdə görmək mümkündür. RADİOAKTİV ŞÜALANMALARIN QEYD EDİLMƏSİ VƏ ÖLÇÜLMƏSİ

Diqqətinizə görə təşəkkürlər! SUALLAR??????

Noyabr 2016 Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi QSC Qadir Əhmədov Cihazqayırma və innovasiya şöbəsinin böyük elmi işçisi İONLAŞDIRICI ŞÜALANMALARIN AŞKAR EDİLMƏSİ VƏ ÖLÇÜLMƏSİ

İonlaşdırıcı şüaların aşağıdakı növləri var: Qamma şüalar Alfa zərrəciklər Beta zərrəciklər Neytron zərrəcikləri

İONLAŞDIRICI ŞÜALANMALARIN AŞKAR EDİLMƏSİ İonlaşdırıcı şüalar gözlə görünmədiyindən və hiss edilmədiyindən onları aşkar etmək üçün müxtəlif maddələrdən ibarət olan müxtəlif radiasiya detektorlarından istifadə olunur. Çevrici kimi istifadə edilən bu maddələr radiasiya şüalarının enerjisini elektrik siqnalına çevirir. Əsas istifadə olunan detektorlar aşağıdakılardır: İonlaşma kamerası (neytron) Mütənasib sayğac (neytron) Qeyqer-Müller sayğacı (qamma) Ssintilyasiya detektorları (alfa, qamma, beta, neytron) Yarımkeçirici detektorlar (alfa, beta)

İONLAŞDIRICI ŞÜALANMALARIN ÖLÇÜLMƏSİ İonlaşdırıcı şüaları ölçülməsi-onların enerjilərinin, növünün, aktivliyinin təyin olunması nəzərdə tutulur. Bunun üçün esasən spektrometrlərdən istifadə olunur. Spektrometrlərin əsasını yarımkeçirici detektorlar (Si, Ge) və ssintilyasiya detektorları (NaI(Tl), LaBr, maye ssintilyasiya və s.) təşkil edir. Yarımkeçirici detektorların enerjiyə görə ayırdetməsi yüksək olması, detektorun imkanları daxilində eyni zamanda müxtəlif radioizotoplar haqqında məlumat almağa imkan verir.

Qamma şüaları, beta və neytron zərrəciklərini qeyd etmək üçün məqsədəuyğundur. Əsasən doza gücünü ölçməyə imkan verir. Elmi-tədqiqat təcrübələrində nüvə prosesslərinin öyrənilməsində də geniş istifadə olunur. 25 İONLAŞMA KAMERASI

Qamma şüaları və neytron zərrəciklərini qeyd etmək üçün istifadə edilir. İonlaşdırıcı şüanın enejisi haqqında informasiya almaq mümkündür. 26 MÜTƏNASİB SAYĞAC

Bu tipli sayğaclar sayma rejimində işləyir və doza gücünü ölçməyə imkan verir. 27 QEYQER-MÜLLER SAYĞACI

SSİNTİLYASİYA DETEKTORLARI VƏ SAYĞACLARI İonlaşdırıcı şüaları qeyd etmək üçün effektiv qeydedicilər kimi ssintilyasiya detektorlarından geniş istifadə olunur. Həm üzvi həm də qeyri üzvi müxtəlif ssintilyatorlar geniş yayılmışdır. Əsas ssintilyasiya materialları: Plastik NaI(Tl) Stilbene Zns LiI LFS LYSO LaBr 28

YARIMKEÇİRİCİ DETEKTORLAR Yarımkeçirici detektorlardan əsasən Si və Ge əsaslı qeydedicilər geniş istifadə olunur. Enerji ayırdetməsinə görə Ge əsaslı spektrometrlər gamma analiz üçün əvəzedilməzdir. Alfa zərrəcikləri qeydetmək üçün Si əsaslı detektorlar geniş yayılmışdır. Müxtəlif ionlaşdırıcı şüaları qeyd etmək üçün Si əsaslı ssintilyasiya detektorlarından da istifadə olunur. Qamma spektrometr Alfa spektrometr Pet tomoqrafiyada istifadə olunan Si əsaslı ssintilyasiya detektoru

Diqqətinizə görə təşəkkürlər! SUALLAR??????

Noyabr 2016 Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi QSC Qadir Əhmədov Cihazqayırma və innovasiya şöbəsinin böyük elmi işçisi RADİOAKTİV ÖLÇMƏ METODLARI

1.Radiometrik 2.Dosimetrik 3.Spektrometrik

RADİOMETRİK ÖLÇMƏ METODLARI Radionuklidlərin aktivliyini və ya ionlaşdırıcı şüaların sel sıxlığını ölçmək üçün bu metoddan istifadə edilir. Rentgenometr – qamma şüalanmasının gücünü ölçmək üçün istifadə edilir. Radon radiometr- havada, suda və s. radonun həcmi aktivliyini təyin etmək üçün istifadə edilir

DOSİMETRİK ÖLÇMƏ METODLARI Müəyyən zaman müddətində dozanı və ya doza gücünü ölçmək üçün dosimetrik ölçmə metodlarından istifadə edilir.

SPEKTROMETRİK ÖLÇMƏ METODLARI Spektrmetrik ölçmə metodları ionlaşdırıcı şüalar haqqında daha çox informasiya almağa imkan verir. Bu metodun köməyi ilə ionlaşdıcı şüaların enerjiləri, aktivlikləri təyin oluna bilər. Ona görə də bu metodun köməyi ilə radioizotopları təyin etmək olur. İonlaşdırıcı şüaların maddə ilə qarşılıqlı təsiri müxtəlif olduğundan müxtəlif spektrometrlərdən istifadə edilir. Beta spektrometr Qamma spektrometr Alfa spektrometr

Neytron spektroskopiya Neytron spektroskopiya metodu qamma spektroskopiya metoduna əsaslanır. Bu metodda neytronlar analiz olunan nümunəni şüalandıraraq aktivləşdirilməsi üçün istifadə edilir. Bu zaman aktivləşdirilən nümunə xarakterik qamma şüalar buraxır. Qamma şüaları qeyd etmək üçün qamma spektrokopiyadan istifadə edilir. Neytronla aktivləşdirmə metodu nümunə analizi üçün əsas metodlardan biri hesab olunur. MESSENGER- Merkuri planetini analiz etmək üçün gönderilmiş peyk. Peykdə şəkildə göstərilən neutron-qamma spektrometri yerləşdirilmişdir ( ).

Diqqətinizə görə təşəkkürlər! SUALLAR??????