Kommunikasiya vasitələri 29.07.2015 Informatika, 11 sinif.

Презентация:



Advertisements
Похожие презентации
Kommunikasiya vasitələri Informatika, 11 sinif.
Advertisements

Транксрипт:

Kommunikasiya vasitələri Informatika, 11 sinif

Verilənləri bir kompüterdən başqasına ötürmək üçün həmin verilənləri daşıyan müəyyən növ aralıq bağlayıcıya ehtiyac var. Bu bağlayıcı kommunikasiya kanalı [communications channel], yaxud rabitə kanalı kimi tanınır. Belə kanal olaraq bütün dünyada geniş yayılmış telefon şəbəkəsi çox önəmli rol oynayır. Telefon sistemi dünyadakı bütün telefon şəbəkələrinin – yerli (local), uzaq-məsafəli (long- distance), mobil (cellular) və peyk rabitəsi (satellite) şəbəkələrinin toplusudur

Fiziki vasitələr Sarınmış cütlük kabeli [twisted-pair cable]: Telefon sistemlərinin əksəriyyətində istifadə olunan bu kabel çox ucuzdur. Bu kabel bir- birinə sarınmış iki ayrıca izolyasiya olunmuş naqildən ibarətdir

Koaksial kabel [coaxial cable]: Əsasən televiziya sənayesində istifadə olunan bu növ kabellər kompüter şəbəkələrində də geniş yayılıb. Koaksial kabel iki naqildən: silindrik formalı ekranlanmış (pərdələnmiş), torpaqlanmış naqildən və onun içərisində olan mərkəzi teldən ibarət olur

Fiber-optik kabel [fiber-optic cable]: Fiber-optik kabel nazik, elastik şüşə borucuqlardan hazırlanır. daha çox verilənləri daşıya bilir. Fiber-optik kabellərin əsas çatışmazlığı onların kövrək və baha olmasıdır

Simsiz vasitələr Radio siqnalları [radio signals]: Radio siqnalları vasitəsi ilə ötürülmə zamanı görünüş xəttinin olması vacibdir

Mikrodalğalar [microwaves]: Mikrodalğalı siqnallar fəzada elektromaqnit dalğaları formasında göndərilir. Radio siqnalları kimi, onlar da bir mikrodalğa stansiyasından başqasına düz xətt üzrə göndərilməlidir

Peyk rabitəsi vasitələri [satellite transmissions]: Rabitə peykləri orbitdə Yer səthindən km yüksəklikdə yerləşir. Belə yüksəklik peykə imkan verir ki, Yerlə eyni sürətlə fırlanmaqla Yer səthindəki bir nöqtə üzərində sabit mövqe saxlaya bilsin. Peykdə yerləşdirilmiş avadanlıqlar Yerdən göndərilən siqnalları gücləndirir və onları geriyə Yerə qaytarır

Mənbələr İnformatika 11 sinif, dərslik,