MÖVZU: İnformasiya nə qədər yer tutur VI-sinif
Məzmun xətti : : 1.İnformasiya və informasiya prosesləri Stan dart : İkilik say sistemində kodlaşdırılmış informasyanın həcmini ölçür
M ə qs ə d: İnformasiyanın ölçü vahidlərini müəyyən etmək İkilik kodlaşdırmanın mahiyyətini izah etmək İkilik say sistemində verilmiş informasiyanın tutumunu ölçmək
iş forması : Bütün siniflə, qrupla
Texnika : Beyin həmləsi, müsahibə təqdimat
Inteqrasiya Ə-t , Riy
250 qr Səbətdə nə qədər alm var? Motivasiya
Sürəti 5 km / saat olan turist 2 saata nə qədər yol gedər?
Ən cox sevdiyiniz musiqini harada yadda saxlayırsınız?Bəs filmi?
Kompüterdə mətn, səs, qrafik və s. bütün növ informasiyalar necə kodlaşdırılır? Tədqiqat sualı
Kopüterdə bütün növ informa- Siyalar mətn,səs qrafik və s. Ikilik kodla göstərilir.İkilik kodun bir mərtəbəsi bit adlanır.İngiliscə (Binari digit-İkilik rəqəm) Bit kompüterlər üçün çox ki- çik ölçü vahididir.Yaddaşın tutumunu göstərmək üçün daha böyük vahidlərdən is- tifadə olunur. Səkkiz bitdən ibarət ar- dıcıllıga bayt deyilir 1bayt=8 bit Kompüterdə hər bir simvol 8 bitdən ibarət ardıcıllıq kimi kodlaşdırılır.Yəni hər bir simvol boşluq simvolu belə Yaddaşda 1 bayt yer tutur 1Kbayt=1024bayt 1Mbayt= bayt 1Gbayt= bayt 1Tbayt= bayt Faylın ölçüsünü bilmek üçün siçanın göstəricisini onun simgəsinin üzərinə aparıb bir az gözləyin.
1. Qrup - CD diski Verilmiş cümlənin informasiya həcmini tapın. Dost dosta tən gərək tən olmasa gen gərək.
2. qrup - DVD diski Bu məktubdakı mətnin informasiya həcmi 576 baytdır, ondakı simvolların sayini tapın
3. Qrup - Fləş yaddaş Paint proqramında bir rəsm çəkib yadda saxlayın sonra bu fayli tapıb onun ölçüsünü müəyyənləşdirin
Müzakirə İnformasiyanı yadda saxla - yarkən hansı növ xarici yaddaş qurğularından istifadə edəcəyimizi müəyyənləşdirdik
Nəticə İnformasiyanın ölçü vahidlərini müəyyən etdik və azdan çoxa dogru sadalaya bildik İkilik kodlaşdırmanın mahiyyə - tini izah edə bildik və ikilik say sistemində verilmiş informasi - yanın tutumunu ölçə bildik.
Qiymətləndirmə. meyarlar1-CD2-DVD3-Fləş İnformasiyanın ölçü vahidlərini tanıyır İkilik kodlaşdırmanı izah edir İnformasiyanın tutumunu ölçə bilir
Yaradıcı tətbiqetmə Krasvord helli Şaquli : 1- informasiya bu yaddaşda daimi qalmır 5- Kompüterin əsas qurğularından biri Üfüqi : 2- çap qurğusu 3- Yalnız oxuna bilən yaddaş 4- İnformasiyanın ölçü vahidi
Ev tapşırığı : Her biriniz adınızın və soyadınızın kompüterin yaddaşında nə qədər yer tutduğunu hesablayın.
Hazırladı Ağsfafa şəhər 2 - li tam orta məktəbin informatika müəllimi Qasımova Afət Ələs qızı
Diqqətinizə görə təşəkkür edirəm